Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ali Radada Qələbə planını təqdim etdi və bildirdi ki, onun planı dəstəklənsə, Ukrayna gələn ildən gec olmayaraq müharibəni bitirə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Zelenskinin Qələbə planı haqda qeyd edib.
O bildirib ki, Zelenskinin planının dəstəklənməyəcəyi halda nə baş verəcəyi haqda heç bir anlayış ortaya qoyulmayıb:
“Çünki müharibənin davam etdiyi şəraitdə Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır. Bu isə Zelenskinin Qələbə planının əsas bəndidir. Qərbin planın o biri bəndlərini yerinə yetirəcəyi də sual altındadır. Belə olan halda görəsən Zelenski Qələbə planının reallaşmasını necə təsəvvür edir? Ukrayna və onun prezidenti mürəkkəb vəziyyətdədir, müharibəni davam etdirmək üçün əlavə resurslara ehtiyac var. Zelenskinin Qələbə planı Ukraynadan çox, Qərbin üzərinə məsuliyyət qoyur. Bu bir növ o deməkdir ki, Qərb bu planı dəstəkləməsə, Ukraynanın üzləşə biləcəyi ağır duruma görə məsuliyyət daşıyacaq. Zelenskinin Qələbə planını bu şəkildə hazırlamasının əsas məqsədi də elə budur”.