Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya pilotsuz təyyarələrin tədarükünü tənqid edərək, guya daha çox Qərb silahı alacağını gözləyir.
AzerTimes xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.
“Ukrayna prezidentinin İran İslam Respublikasına qarşı yalan bəyanatları təkrarlaması Qərb ölkələrindən mümkün qədər çox silah və maliyyə yardımı cəlb etmək məqsədi daşıyan antiiran təbliğatı və media müharibəsinə uyğundur”, – Kənani bildirib.
Kənaninin sözlərinə görə, Ukrayna bu iddiaların müstəqil araşdırılmasına icazə verməkdən imtina edir.
Qeyd edək ki, bir müddət öncə Zelenski birbaşa İran xalqına – cəmiyyətə, dini rəhbərə, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib.