Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyadan Niderlanda gedib.
AzerTimes xəbər verir ki, Zelenskinin olduğu hökumət təyyarəsi Niderlandda hava limanına eniş edib.
Zelenskinin Haaqada “Ədalətsiz sülh yoxdur” mövzusunda çıxışı da nəzərdə tutulub. Dövlət başçısı həmçinin Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkəcək.
Məlumata görə, bu, Zelenskinin təkcə Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı deyil, həm də Prezident kimi fəaliyyəti dövründə Niderlanda ilk səfəridir.
Qeyd edək ki, ötən gecə V.Zelenskinin Ukrayna və Şimali Avropa ölkələrinin sammitindən sonra Finlandiyanı naməlum istiqamətdə tərk etməsi barədə məlumat yayılmışdı.