Vladimir Zelenskinin ətrafından bəzi şəxslər Ukrayna ordusunun baş komandanı Valeri Zalujnını hazırkı Quru Qoşunlarının komandanı Aleksandr Sırski ilə əvəz etmək istəyir. Bu söz-söhbətlər yüksək rütbəli Qərb hərbi rəsmilərini narahat edir və hər iki general şayiələrə öz şərhlərində ehtiyatla yanaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.
Məlumata görə, Zalujnını ukraynalıların böyük bir hissəsinin dəstəkləməsindən bəzi qüvvələr narahat olublar:
“Sorğulara görə, bir çox vətəndaş onun partiyasına səs verməyə hazırdır, baxmayaraq ki, generalın partiyası yoxdur. Bu şayiələr Qərb rəsmilərini narahat edir”.
Yüksək rütbəli xarici hərbi şərhçilərdən biri qeyd edib ki, Zalujnının Sırski ilə əvəzlənməsi ehtimalı ilə bağlı məlumat ən yaxşı halda xırda rəqabətdir:
“Və ən pis halda bu, Ukraynanın birliyinə xələl gətirəcək və Qərbin onun rəhbərliyinə inamını zəiflədəcək. İndi siyasi və hərbi komandanlıq arasında etimadı sarsıtmaq vaxtı deyil”.
General Sırski Zalujni ilə mümkün əvəzlənməsi barədə danışmaqdan narahatdır: “Ordu siyasətdən kənardadır. Bu, belə olmalıdır və qanun da belə tələb edir”.
Zalujnı isə vurğulayıb ki, o, general Sırskiyə güvənib və onu dinləyib, şayiələrin yaratdığı gərginliyi yox edib.