Prezident İlham Əliyevin ötən gün Moldovada Ukrayna Prezdenti Vladimir Zelenski iə görüşü zamanı xüsusi bir məqam sosial şəbəkələrdə trendə çevrilib.
AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, görüş zamanı İlham Əliyev Zelenski ilə əl sıxışdıqdan sonra ona əyləşməsi üçün masanı işarə etsə də, Zelenski İlham Əliyev əyləşmədən masa arxasına keçmir.
Həmçinin İlham Əliyevin Zelenski ilə birlikdə Moldovaya gələn nümayəndə heyəti ilə ayrı-ayrılıqda əl sıxışması da böyük rəğbətlə qarşılanıb.
Bundan əlavə, prezidentlərin rus dilində deyil, ingilis dilində danışması xüsusi diqqət çəkib.