Zelenskinin danışıq təklifinə Kremldən cavab

Zelenskinin danışıq təklifinə Kremldən cavab

Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskva ilə danışıqların mümkünlüyü barədə bəyanatları müzakirələrdən tamamilə imtina etməkdən yaxşıdır, lakin biz konkret addımları gözləməliyik.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, əlbəttə ki, Rusiya tərəfi ilə hər hansı təmasların istisna olunduğu barədə bəyanatlardan daha yaxşıdır”, – o qeyd edib.

O vurğulayıb ki, istənilən halda dialoqdan danışmaq müharibəni sonuncu ukraynalıya qədər davam etdirmək niyyətindən daha üstündür.

“Ancaq Zelenskinin danışıqların mümkünlüyü ilə bağlı sözlərinin arxasında nəyin dayandığını, hansı konkret planların və hərəkətlərin təklif olunduğunu demək çətindir”, – o əlavə edib.

Teqlər: