Ukrayna lideri Vladimir Zelenskinin ətrafındakı insanlar onu mənə qarşı yönəldirlər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
“Prezidentin ətrafındakı insanlar mənim verilişlərimdən sitatlar gətirərək, guya mənim prezidentlə mübarizə apardığımı iddia edirlər. Prezidenti mənə qarşı çox ciddi yönləndirdiklərindən şübhələnirəm. Ətrafında müəyyən insanlar var. Deyə bilmərəm ki, bu, birbaşa ictimai ittiham olacaq. Bunun üçün dəlillər gərəkdir”, – deyə o bildirib.