Sülh danışıqları üçün çağırışlarınızı Rusiya prezidentinə ünvanlayın!
AzerTimes xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Tvitterdə yazıb.
“Siz işğaldan sonra hər iki tərəfdən sülhü müzakirə etməyi tələb etmirsiniz. Siz işğalçının getməsini tələb edin! Sülh istəyənlər tələblərini Zelenskiyə yox, Putinə ünvanlasınlar”, – o bildirib.