Ukraynanın cənubunun işğal olunmuş ərazilərində psevdoreferendum keçirilərsə, Rusiya dövlətimizlə istənilən danışıqlar imkanını bağlayacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski deyib.
“Dövlətimizin mövqeyi əvvəlki kimi qalır: biz özümüz heç nədən imtina etməyəcəyik. Və əgər işğalçılar bu psevdoreferendumların yolu ilə getsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanını özlərinə bağlayacaqlar”,- o bildirib.