Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərliklə bağlı yaşanan problemlərdən dolayı xaricdə hərbi çağırış yaşında olan ukraynalıları ölkəyə qayıtmağa çağırıb.
AzerTimes xəbər verir ki, bu sözləri Estoniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Ukraynada xidmət təkcə cəbhə üçün deyil, bütün ölkə sakinləri üçün vacibdir:
“Əgər onlar hərbi xidmətə çağırış yaşındadırlarsa, Ukraynaya kömək etməlidirlər və Ukraynada olmalıdırlar. İndi mən cəbhədə kimin olması barədə danışmıram.
Əgər xaricdəsinizsə və hərbi xidmətə çağırış yaşındasınızsa, cəbhədə deyilsinizsə, vergi ödəmirsinizsə, qanundan kənar səfərlər etmisinizsə, o zaman suallar yaranır”, – o əlavə edib.