Ukrayna Silahlı Qüvvələri Baxmutda “Vaqner”in 21 min döyüşçüsünü məhv edib, 60 mini yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
“21 min vaqnerçi Baxmutda məhv edilib, 60 mini yaralanıb. Təəssüf ki, bizdə də itkilər oldu, lakin müqayisəolunmazdır”, – deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Baxmut istiqamətində döyüşən Ukrayna müdafiəçiləri Qərbin göndərdiyi ən yaxşı və ən yeni silahlar alıb.