Ukrayna Prezidenti Vladimir Zelenski beynəlxalq tərəfdaşları Rusiya terrorundan qorunmaq üçün Ukraynanı hava və raketdən müdafiə sistemləri ilə təmin etmək qərarlarının icrasını sürətləndirməyə çağırıb.
AzerTimes xəbər verir ki, o, bunu Avropa Şurasına müraciətində qeyd edib.
“Biz mümkün olan hər şeyi etməliyik ki, Rusiyanın bizim enerji sistemimizi raketlər və dronlarla məhv etməsi tamamilə qeyri-mümkün olsun. Biz artıq Almaniyadan çox effektiv İRİS -T sistemi almışıq. Bunun üçün kanslerə minnətdaram. Bu alman sistemi təkcə Ukrayna səmasını qorumur. O, həm də gələcəkdə sizin ölkələri, Avropanın stabilliyini Rusiyanın mümkün terrorundan qoruyur. Ancaq həqiqətən etibarlı hava qalxanı yaratmaq üçün bizə daha çox hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə ehtiyacımız var”, – deyə dövlət başçısı bildirib.