Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın “Sky TG24” telekanalına müsahibəsində deyib.
O, Putinin atəşkəs tələbləri yerinə yetirilsə belə, hərbi hücumunu dayandırmayacağını bildirib:
“Bunlar keçmişin mesajlarından heç bir fərqi olmayan ultimatum mesajlarıdır, ona görə də bu mesajlara etibar etməməlisiniz”.