Ukrayna Prezidenti Vladimir Zelenski PUA sifarişlərini artırmağı əmr edib.
AzerTimes xəbər verir ki, Zelenski bu barədə Baş Qərargahın növbəti iclasında danışıb.
Zelenski bildirib ki, əsas məqsəd bu il bütün növ PUA-ların əldə edilməsində rekorda nail olmaq, Ukrayna raketlərinin, artilleriyasının və digər zəruri avadanlıqların istehsalını əhəmiyyətli dərəcədə artırmaqdır.
Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal daha əvvəl ölkəsinin 2025-ci ildə 30 min uzaq mənzilli PUA və 3 min raket istehsal etməli olduğunu bildirib.