Zelenskidən Moldovaya xəbərdarlıq: Zərbə endirə bilərik!

Zelenskidən Moldovaya xəbərdarlıq: Zərbə endirə bilərik!

Rusiya hərbçilərinin yerləşdiyi Dnestryanıdan Ukraynaya mümkün hücum üzə şillə olacaq və biz buna zərbə ilə cavab verəcəyik.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski moldovalı həmkarı Maya Sandu ilə birgə media konfransı zamanı deyib.

“Biz bu gün risklərlə bağlı xanım prezident qarşısında məsələ qaldırdıq. Dnestryanıdan Ukraynaya yönəlik hücumların adını çəkməzdim. Əgər belə olarsa, düşünürəm ki, bu, qlobal bir səhv olacaq. Müəyyən siqnallar alırıq. Onlar xoşagəlməzdir. Amma bu insanlar bilməlidirlər ki, onlar Moldovanın müvəqqəti işğal olunmuş ərazisindəki Dnestryanıdadırlar: bu, bizim üçün zərbə deyil, üzə şillə olacaq və biz mütləq zərbə ilə cavab verəcəyik”, – deyə Zelenski bildirib.

Maya Sandu isə Dnestryanıdan Ukraynaya qarşı qaçılmaz təhlükə görmədiyini bildirib.

O qeyd edib ki, Moldova hakimiyyəti Dnestryanının Ukraynanın sülh və təhlükəsizliyinə təhdid yaratmaması üçün əlindən gələni edir.

Teqlər: