Prezident Vladimir Zelenski Krım və Sevastopolun işğaldan azad edilməsi və reinteqrasiyası məsələləri üzrə Məşvərət Şurasının yaradılması haqqında fərman imzalayıb.
AzerTimes xəbər verir ki, qərar Ukrayna prezidentinin saytında dərc olunub.
Məlumata əsasən, Prezident yanında Məşvərət Şurası Ukraynanın işğaldan azad edilməsi, reinteqrasiyası və ərazi bütövlüyünün bərpası, Ukrayna vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi kimi məsələlərə kömək etmək məqsədilə yaradılıb