Zelenskidən kanslerə: Putinə zəng etmə, ona fasilə lazımdır!

Zelenskidən kanslerə: Putinə zəng etmə, ona fasilə lazımdır!

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsdan Rusiya lideri Vladimir Putinə zəng etməməyi xahiş edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters”ə Ukrayna prezident ofisindəki mənbə məlumat verib.

Bildirilib ki, Şolts Zelenskiyə Putinlə danışmaq planları barədə əvvəlcədən məlumat verib.

“Kansler bizim prezidentə Putinlə danışacağını bildirib. Prezident deyib ki, bu, Putinə təcridini azaltmağa kömək edəcək. Putin real sülh istəmir, fasilə istəyir”, – mənbə bildirib.

Qeyd edək ki, kanslerlə Putin arasında telefon danışığı baş tutub.

Teqlər: