Zelenskidən helikopter qəzasına reaksiya

Zelenskidən helikopter qəzasına reaksiya

Artıq ölkəmizdə qəzalar baş vermir, hamısı bu və ya digər şəkildə işğalçı müharibənin nəticəsidir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brovardakı helikopter qəzasından danışarkən Davos Dünya İqtisadi Forumunda videomüraciətində deyib.

“Bu gün məndə və cəmiyyətdə olan müharibə təcrübəsinə görə, bu, bədbəxt hadis deyil, bu müharibədir”, – Zelenski bildirib.

Qeyd edək ki, bu gün Brovar şəhərində helikopter qəzasında daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar.

Teqlər: