Zelenskidən gürcü xalqına müraciət: Sizə kömək edəcəyik!

Zelenskidən gürcü xalqına müraciət: Sizə kömək edəcəyik!

Ötən gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisdə keçirilən mitinq iştirakçılarına videomüraciətində deyib.

O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib:

“Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krım da bizim torpağımızdır. Bizim döyüşçülərlə birlikdə ruslara qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, yarası bizim yaramızdır. Bizim qələbəmiz isə sizin hər birinizin qələbəsi olacaq”.

Teqlər: