Dneprdə xəstəxana və baytarlıq klinikasına raket hücumu tamamilə xəstə məxluqlar tərəfindən həyata keçirilib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Gün ərzində mən Dneprdəki vəziyyət və hücumun nəticələrinin aradan qaldırılması ilə bağlı hesabatlar alıram. Bu açıq-aşkar vəhşilikdir: rus raketi, xəstəxanaya və baytarlıq klinikasına qarşı ballistika. Xəstə məxluqlar…”, – Zelenski vurğulayıb.
Qeyd edək ki, Dneprə Rusiyanın raket hücumu nəticəsində 2 nəfər ölüb, 31 sakin isə yaralanıb.