Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə AB-nin makromaliyyə yardımı ilə bağlı maneənin aradan qaldırılması məsələsi, həmçinin Zaporojye AES-i müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə V.Zelenski Tvitter səhifəsində yazıb.
“Şarl Mişellə döyüş meydanında vəziyyəti, o cümlədən Zapororojye AES-i müzakirə etdik”, – deyə o bildirib.
Dövlət başçısı Rusiyanın nüvə sənayesinə, həmçinin Rusiyadan gələn nüvə yanacağına sanksiya tətbiq etməyə çağırıb.