Ukrayna Prezidenti Vladimir Zelenski növbəti çıxışında Belarus xalqına müraciət edib.
AzerTimes xəbər verir ki, o, Aleksandr Lukaşenkonun belarusları müharibəyə sürüklədiyini bildirib.
“Mən bu gün Belarus vətəndaşlarına müraciət etmək istəyirəm. Həm mülki şəxslərə, həm də vəzifəlilərə… Sizi müharibəyə cəlb edirlər. Həm də fevralda və yaz aylarında olduğundan daha fəal… Kreml artıq hər şeyi qərara alıb. Sən – sənin həyatın onlar üçün heç bir şeydir. Sən qul və top “yemi” deyilsən. Ölməməlisən! Və bundan sonra səni nə gözləyəcəyini, kimsənin sizin yerinizə qərar verməsinə icazə verməmək iqtidarındasınız”, – prezident bildirib.