Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində uğurla irəliləyir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraicətində bildirib.
“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, – Zelenski qeyd edib.
Xatırladaq ki, bu gün Ukrayna ordusu Kurskda daha 4 kəndə nəzarəti ələ keçirib. Baş komandan Sırski ötən gün ümumilikdə Kurskda 74 kəndə nəzarət etdiklərini bildirmişdi.