Zelenskidən 9 ölkəyə təşəkkür…

Zelenskidən 9 ölkəyə təşəkkür…

Ukrayna Prezidenti Vladimir Zelenski Mərkəzi və Şərqi Avropanın 9 ölkəsinin liderinə Ukraynanın NATO-ya üzv olmaq səylərini dəstəklədiklərinə görə təşəkkür edib.

AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısı Tvitter səhifəsində məlumat yayıb.

“Mən bizim mehriban qonşularımıza – Mərkəzi və Şərqi Avropa ölkələrinə Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərinə və Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdini pislədikləri üçün səmimi minnətdarlığımı bildirirəm”, – deyə Zelenski bildirib.

Teqlər: