Zelenski Zalujnının bu bəyanatından narahatdır

Zelenski Zalujnının bu bəyanatından narahatdır

Prezident Vladimir Zelenskinin Ofisi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının hərbi deyil, siyasi bəyanatlar verməsindən narahatdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Quardian”a açıqlamasında deyib.

Qonçarenko Zalujnının istefasını pis ideya adlandırıb.

Onun sözlərinə görə, baş komandanla Ukrayna rəhbərliyi arasında prinsipial fikir ayrılıqları yoxdur, sadəcə Zelenskinin Ofisində hesab edirlər ki, Zalujnı siyasi bəyanatlar verir.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.

Teqlər: