Ukrayna Prezidenti Vladimir Zelenski Balkan sammitində iştirak etmək üçün Yunanıstanda səfərdədir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna lideri özü məlumat yayıb.
Onun sözlərinə görə, Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Ukrayna Prezidenti, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşəcəyini açıqlayıb.