Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın yeni Baş naziri Keyr Starmer arasında Vaşinqtonda görüş olub.
AzerTimes xəbər verir ki, bu barədə Zelenski məlumat verib.
“Bu səhər Rusiya ərazisindəki hərbi hədəflərə qarşı “Storm Shadow” raketlərindən istifadə etmək icazəsini oxudum. Və bu gün bizim bu qərarın praktiki icrasını müzakirə etmək imkanımız oldu”, – Zelenski bildirib.
O, görüşün detalları barədə açıqlama verməyib.