Ukrayna Prezidenti Vladimir Zelenski Viktor Xorenkonu Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müavini Roman Maşovets mediaya təsdiqləyib.
O bildirib ki, Xorenkonun işdən çıxarılması ilə bağlı müvafiq təklif müdafiə nazirindən gəlib.