Ukrayna Prezidenti Vladimir Zelenski bu gün NATO-nun Vilnüs sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib.
Zelenski bildirib ki, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Niderland, Yaponiya və digər tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılır.
“Ukrayna-NATO Şurasının ilk təsis iclası da planlaşdırılır”, – dövlət başçısı vurğulayıb.