Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında yazıb.
Tərəflər Ramşteyn sammiti öncəsi hərbi əməkdaşlığı, Fransadan yeni hərbi yardım paketinin hazırlanması, eləcə də bəzi silah növlərinin birgə istehsalı imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, sentyabrın 6-da Almaniyadakı Ramşteyn bazasında Kiyevə hərbi yardım üzrə təmas qrupunun növbəti görüşü baş tutacaq.