Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının
rəhbəri Ursula fon der Lyayen Ukraynaya gələcək maliyyə dəstəyini
müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün “Twitter”
səhifəsində yazıb.
“Ursula fon der Lyayen ilə danışdım. Avropa Komissiyasının
Ukraynanın sənaye və kənd təsərrüfatı məhsulları üçün tarifləri və
kvotaları ləğv etmək qərarına görə təşəkkür etdim. Gələcək maliyyə
dəstəyi, xüsusən də makromaliyyə yardımını müzakirə etdik”, – deyə
Ukrayna prezidenti bildirib.