Lutsk şəhərində Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski ilə Anjey Duda arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, onlar cəbhə xəttindəki vəziyyəti, Avropaya inteqrasiyanı və Ukraynanın sülh formulunu müzakirə ediblər.
Qeyd edək ki, Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. O, Ukraynanın NATO-ya daxil olmaq səylərini dəstəkləyir.