Zelenski və Bennet Ukrayna-Rusiya sülh danışıqlarının perspektivlərini müzakirə ediblər

Ukrayna prezidenti Vladimir Zelenski ilə İsrailin baş naziri
Naftali Bennet arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı öz
Twitter səhifəsində yazıb.

“İsrailin baş naziri Naftali Bennet ilə dialoqu davam etdirdim.
Rusiya ilə sülh danışıqlarının perspektivlərini müzakirə etdik”, –
V. Zelenski bildirib.

Teqlər: