Zelenski Ukraynaya S-300 sistemlərinin verilməsi üçün ABŞ Konqresinə müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videoəlaqə
vasitəsilə ABŞ Konqresində çıxış edib.

Trend-in
məlumatına görə, o, ABŞ-ı Rusiyaya qarşı sanksiyaları davam
etdirməyə çağırıb.

V.Zelenski, həmçinin növbəti dəfə Ukrayna üzərində uçuşsuz zona
tətbiq etmək və müdafiə məqsədilə Ukraynaya aviasiya və zenit-raket
kompleksləri vermək çağırışı edib.

“Əgər bu, həddən çoxdursa və biz bunu istəyə bilməriksə,
alternativ var: siz bilirsiniz ki, bizim S-300 müdafiə sistemlərinə
ehtiyacımız var”, – V.Zelenski deyib.