Zelenski Ukraynanın “qırmızı xəttini” açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün “qırmızı
xəttin” suverenliyin itirilməsi olduğunu bildirib.

AzerTimes-ın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu
V.Zelenski telekanallara müsahibəsində deyib.

Ukrayna üçün hansı “qırmızı xəttlərin” olması ilə bağlı sualı
cavablandıran dövlət başçısı vurğulayıb: “Biz suverenliyi itirə
bilmərik. Minlərlə insan ölüb…”.

Eyni zamanda, o qeyd edib ki, müəyyən kompromislərdən nəticə
çıxarmaq üçün vəziyyəti hər tərəfdən öyrənmək lazımdır.

Bu gün onu kimun ruhlandırdığı barədə suala V.Zelenski belə
cavab verib: “Mən Ukrayna xalqının pərəstişkarıyam”.