Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyində olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.
Zelenski zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib:
“Şəxsən öz adımdan və Ukrayna xalqı adından səmimi başsağlığımı qəbul edin. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə əks-səda verdi. Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – Zelenski qeyd edib.