Ukrayna Prezidenti Vladimir Zelenski və Kanadanın baş naziri Castin Trüdo arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında qeyd edib.
Telefon danışığı zamanı taxıl müqaviləsini və Kiyevə hərbi yardımın genişləndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, bu, Zelenskinin Qərb liderləri ilə gün ərzində ikinci söhbətidir, bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak müzakirə edib.