Ukraynada müharibənin başa çatması Vladimir Putinin vədlərinə deyil, ədalətə və məntiqə əsaslanmalıdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski Trampın Rusiya ilə sülh müqabilində Ukraynanı ərazilərini güzəştə getməyə məcbur etməyi planlaşdırdığına dair xəbərləri şərh edərkən qeyd edib ki, şayiələrə inanmır, lakin Trampın özünün birbaşa ona təqdim edəcəyi sülh planını müzakirə etməyə hazırdır.