Zelenski Trampı öz tərəfinə çəkə bilər: “kozır”ı var

Zelenski Trampı öz tərəfinə çəkə bilər: “kozır”ı var

Ukraynanın Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlarda Donald Trampı öz tərəfinə çəkmək üçün “kozır”ı var.

AzerTimes xəbər verir ki, bu barədə “Velt” nəşri yazıb.

Bildirilir ki, bu “kozır” Vladimir Zelenskinin əvvəllər müttəfiqlərə təqdim etdiyi Qələbə planında mövcud idi. Bu məqam ictimaiyyətdən gizli saxlanılıb.

Nəşr qeyd edir ki, Kiyevdə insanlar Trampın müharibəni bitirmək üçün hələ də elan olunmamış strategiyasının qeyri-müəyyən perspektivləri ilə bağlı çox əsəbidirlər. Prezident Vladimir Zelenski indi bütün gücü ilə mövqeyini yaxşılaşdırmağa çalışır ki, onların Kiyevə sırımağa çalışacaqları hər şeylə razılaşmasın. Kiyev indi Trampla mümkün qədər tez “randevu almaq” istəyir:

“Zelenski ilə Trampın hələ sentyabr ayında Nyu Yorkda keçirilən görüşdə Qələbə planının əvvəllər məlum olmayan hissəsini müzakirə etdiyi iddia edilir. Bu bənd nəzərdə tutur ki, gələcəkdə kimin Ukraynaya “yatırım edəcəyinə” Tramp qərar verə bilər. “Hər kəs ola bilər – yalnız Çin istisnadır”, – ideya belədir. Bunun arxasında dayanan məntiq Pekini qiymətli resurslara çıxış əldə etməməsi üçün Ukrayna ilə bağlı planlar qurmaqdan çəkindirməkdir”, – nəşr bildirib.

Teqlər: