Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ehtimalına görə Rusiya lideri Vladimir Putinlə sülh danışıqlarının aparılması haqda danışmağa başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə polşalı politoloq Vitold Sokala deyib.
Onun sözlərinə görə, Zelenskinin tonunu dəyişməsinin başqa səbəbləri olsa belə, onlardan ən əsası Trampın ABŞ-ın növbəti prezidenti olma ehtimalıdır.
Politoloq əlavə edib ki, Zelenskinin ritorikasında bu cür dönüş qaçılmaz şeylərin qəbul edilməsindən xəbər verir.