Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstan lideri Qasım-Jomart Tokayevlə telefon əlaqəsi saxlayıb.
AzerTimes xəbər verir ki, Tokayevin mətbuat xidməti yayıb.
Tərəflər telefon danışığı zamanı ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.
Bundan başqa, Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.
Qazaxıstan lideri eyni zamanda, ölkəsinin Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.