Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, o, bu barədə axşam müraciətində deyib.
“Bu həftə parlamentdən də kadr qərarının qəbulu ilə bağlı təklif olacaq. Mən Ukraynanın müdafiə nazirini əvəz etmək qərarına gəldim. Aleksey Reznikov bu 550 gündən çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var”, – deyə Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, Müdafiə Nazirliyinə Rüstəm Umerov rəhbərlik etməlidir.