Ukrayna Prezidenti Vladimir Zelenski bu gün jurnalistlərlə söhbətində Ukrayna ordusunun əks-hücuma başladığını təsdiqləyib.
AzerTimes xəbər verir ki, Zelenski hücum istiqamətləri və hərbi əməliyyatların hansı mərhələdə olması haqda isə danışmayıb.
“Ukrayna hərbçiləri pozitivə köklənib. Rusiya Teleqram kanallarına, xüsusilə Putinə inanmayın!” – o bildirib.
Qeyd edək ki, ötən gün Rusiya lideri Putin Ukrayna ordusunun hücuma başladığını, lakin heç bir istiqamətdə qarşıya qoyulan hədəfə nail olmadığını, ciddi itkilər verdiyini açıqlamışdı.