Rusiyanın danışıqlara hazır olması ilə bağlı bəyanatları əsassızdır, çünki Rusiya Ukraynanın cənubunda ehtiyatını artırır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Onlar terrorçu dövlətin danışqlara hazır olması tezisi ilə bağlı müxtəlif emissarları aktivləşdirirlər. Əgər Rusiya həqiqətən də müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubunda ehtiyatlarını artırmaz və Ukrayna ərazisində qətlə yetirilmiş günahsız insanların kütləvi məzarlığını yaratmazdı.
Ümumiyyətlə, Avropa dəyərlərinə malik olan qüdrətli dövlətlərin keçmiş rəhbərlərinin bu dəyərlərə qarşı müharibə aparan Rusiya üçün işləməsi sadəcə olaraq iyrəncdir”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Herhard Şröder Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Kremlin Ukrayna böhranının diplomatik yolla nizamlanmasına hazır olduğunu açıqlamışdı.