Zelenski təhlükəsizlik xidmətinə yeni rəhbər təyin etdi

Zelenski təhlükəsizlik xidmətinə yeni rəhbər təyin etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Yevgeniy Xmaranı Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib.

AzerTimes xəbər verir ki, Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin “A” xüsusi əməliyyat mərkəzinin rəisi vəzifəsində çalışıb.

Qeyd edilir ki, Vasili Malyuk Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

O, quruma 2022-ci ilin iyul ayından rəhbərlik edirdi.

“Xidmətin rəhbəri vəzifəsindən gedirəm. Amma SBU sistemində qalaraq, düşmənə maksimum zərər vuracaq dünya səviyyəli asimmetrik xüsusi əməliyyatları həyata keçirməyə davam edəcəyəm”, – deyə o bildirib.

Teqlər: