Zelenski sözlərinə düzəliş etdi: Buna razı olmayacağıq!

Zelenski sözlərinə düzəliş etdi: Buna razı olmayacağıq!

Kiyev heç vaxt Ukrayna ərazilərində Rusiyanın işğalını tanınmayacaq və ərazinin yalnız bir hissəsinin NATO üzvlüyünə razı olmayacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə AB Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında deyib.

“Biz heç vaxt Rusiya tərəfindən torpaqlarımızın işğalını qanuni olaraq tanımayacağıq. Bunlar sırf bizim torpaqlarımızdır. Ordakılar sırf bizim adamlardır. Ukraynanın müvəqqəti işğal olunmuş hissələri, təbii ki, bütün bunlar geri qayıdacaq. Çox istərdim ki, diplomatik yolla qayıtsın ki, itkilər olmasın. Putinin bunu başa düşdüyünə əmin deyiləm. Amma mən istəyirəm ki, sivil dünyanın əksəriyyəti bunu başa düşsün”,- o bildirib.

Prezident qeyd edib ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti NATO, iqtisadi təminat isə AB-dir:

“Bu iki tələbdir, müharibəni sonlandırmaq üçün hansı diplomatik yolların olmasından asılı olmayaraq, bizim üçün AB və NATO əsas amillərdir”.

Qeyd edək ki, Zelenski “Skay Nyus”a müsahibəsində işğal altında olan torpaqların qaytarılmadan da atəşkəsə hazır olduğunu və NATO himayəsini qəbul edə biləcəyini açıqlamışdı.

Teqlər: