Zelenski Şoltsla nələri müzakirə etdi?

Zelenski Şoltsla nələri müzakirə etdi?

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, Zelenski Şoltsla Ukrayna ordusunun gücləndirilməsi üçün ölkələr arasında gələcək əməkdaşlığı müzakirə edib.

Şolts vurğulayıb ki, Ukrayna Rusiya təcavüzünə qarşı mübarizədə Almaniyanın dəstəyinə arxalana bilər:

“Ukraynalılar bizim də köməyimiz sayəsində öz ölkələrini cəsarətlə müdafiə edirlər. Rusiya təcavüzünü nəzərə alaraq, biz indi həm də “Patriot” zenit sistemi və “Marder” piyada döyüş maşını tədarük edirik. Siz bizim dəstəyimizə arxalana bilərsiniz”.

Teqlər: