Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bununla bağlı Vladimir Zelenski Tvitter səhifəsində məlumat paylaşıb.
“Olaf Şoltsla Ukraynaya müdafiə dəstəyinin gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyi təminatı məsələlərini müzakirə etdik. Rusiyanın hərbi əsirlərlə davranması ilə bağlı beynəlxalq qaydalara riayət olunması məsələsi qaldırıldı”, – Zelenski bildirib.