Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın həmsöhbətləri onun Baş nazir Denis Şmıqaldan yorulduğunu və yəqin ki, Şmıqalı işdən çıxarmağı planlaşdırdığını bildiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Ukrainska Pravda” öz mənbələrinə istinadən məlumat yayıb.
“Prezident Şmıqaldan yorulub, bunu onun görüşlərdəki münasibətindən də görmək olar. O, artıq Şmıqala həqiqətən də qulaq asmır. Zelenski daim bəzi yaradıcı həllər, təkliflər istəyir. Şmiqal isə son illərdə böyüsə də, tamamilə dəyişə bilmir”, – mənbə bildirib.
Qeyd olunur ki, Şmıqalı Ukrayna Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko əvəz edə bilər. Bu posta Regional İnkişaf Nazirliyinin keçmiş rəhbəri, “Naftoqaz”ın idarə heyətinin keçmiş sədri Aleksey Çernışevin də namizədliyi nəzərdən keçirilir.