Zelenski Səudiyyə vəliəhdi ilə görüşdü

Zelenski Səudiyyə vəliəhdi ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə görüşüb və onunla Sülh Formulasını müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

“Səudiyyə Ərəbistanı rəhbərliyi ədalətli həll yolları tapmağa kömək edə bilər. Biz qlobal sabitliyin təmin olunmasında eyni dərəcədə maraqlıyıq”, – Zelenski bildirib.

Qeyd edilir ki, tərəflər dünyada mövcud vəziyyət və Ukraynada müharibəyə son qoymağın mümkün yolları barədə fikir mübadiləsi aparıblar.

Teqlər: